“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
27 İyun 2020 10:24
4 235
Polşa Azərbaycanla bir çox sahələrdə əməkdaşlığa hazırdır.
Bunu Trend-ə Polşa Xarici İşlər Nazirliyindən deyiblər.
Nazirlikdən bildiriblər ki, kənd təsərrüfatı sektorunda, o cümlədən qida məhsulları, xammal, avadanlıq ticarətində və qardaşlaşma layihələri çərçivəsində təcrübə mübadiləsində əməkdaşlığın inkişafı üçün perspektivlər mövcuddur:
"Polşalı istehsalçılar rəqabətqabiliyyətli qiymətlərlə müasir, keyfiyyətli avadanlıq təqdim edir və Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edir. Hər iki ölkənin kənd təsərrüfatı nazirləri ötən il Bakıda görüşüb. Polşa Azərbaycanın kənd təsərrüfatı sektorunda səmərəli dövlət dəstəyi tədbirlərinin reallaşdırılması üçün institusional potensialın möhkəmləndirilməsinə yönəlmiş layihədə üç Avropa İttifaqı (Aİ) üzv ölkəsindən ibarət konsorsiumda tərəfdaşdır. Bu layihə çərçivəsində biz Aİ-də dövlət dəstəyi sxemlərinin təkamülü barədə biliklərimizi, təcrübələrimizi paylaşırıq və azərbaycanlı həmkarlarımızla məsləhətləşirik".
Nazirlikdən, həmçinin dövlət satınalmaları sahəsində əməkdaşlıq potensialı da qeyd olunub:
"Azərbaycan və Polşadan bir çox şirkətləri hər iki bazarda açıq tenderlərdə iştiraka cəlb etmək lazımdır. Polşa tibb və əczaçılıq sahələrində əməkdaşlığı vacib hesab edir. Azərbaycan müəssisələri, biznes assosiasiyaları, təşkilatları artıq Polşanın "Anti-COVID" biznes platforma təşəbbüsü barədə məlumatlandırılıb. Bu təşəbbüs koronavirus böhranına səmərəli reaksiya üçün polşalı sahibkar və tədqiqatçılar tərəfindən təklif olunan məhsul və həll yollarını əhatə edir. Polşa həm də "Şərq Tərəfdaşlığı" üzrə tərəfdaşlara da COVID-19-la mübarizə üçün tibbi avadanlıq tədarük edir".
Nazirlikdən əlavə ediblər ki, Polşa və Azərbaycan şirkətləri nəqliyyat və logistika, maşınqayırma və kimya sənayesi, informasiya texnologiyaları, gəmiqayırma, turizm və elektronika sahələrində əlaqələri inkişaf etdirir.
30 Dekabr 2025 17:05
1 715
30 Dekabr 2025 16:41
1 771
30 Dekabr 2025 16:22
1 827