Pakistan Əfqanıstana etiraz notası göndərib Dünya

Pakistan Əfqanıstana etiraz notası göndərib

Pakistan Xarici İşlər Nazirliyi Əfqanıstan ərazisindən 23 PUA-nın ölkə sərhədlərini pozmasına görə qarşı tərəfə diplomatik etiraz notası göndərib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Afghanistan International"a Pakistan xarici siyasət idarəsinin nümayəndəsi Heydər Xan məlumat verib.

O bildirib ki, nota sentyabrın 23-də baş vermiş insidentlə bağlı sentyabrın 27-də təqdim olunub. İslamabad baş verənləri "dronların təxribatçı müdaxiləsi" adlandırıb.

Məlumata görə, bir qədər əvvəl Pakistan hakimiyyəti silahlı qüvvələrin Kohat rayonunda və Torxam sərhəd keçid məntəqəsində ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatlarını vurduğunu bəyan etmişdi. Əfqanıstan tərəfi bu ittihamları rədd edib.

Məryəm Quliyeva