Aİ müdafiə nazirləri Brüsseldə Ukrayna və Rusiya təhdidlərini müzakirə edəcəklər Dünya

Aİ müdafiə nazirləri Brüsseldə Ukrayna və Rusiya təhdidlərini müzakirə edəcəklər

Aİ ölkələrinin müdafiə nazirləri bazar ertəsi Ukraynaya hərbi dəstəyi və Rusiyanın hibrid təhdidlərini müzakirə etmək üçün Brüsseldə görüşəcəklər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Yevropeyska pravda" Avropa Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın sədrliyi ilə keçiriləcək Aİ nazirlərinin iclasına Ukraynanın müdafiə naziri Yevgeni Xmara da qoşulacaq.

Ukraynanın müdafiə nazirinin videokonfrans formatında çıxışından sonra Şura diqqəti hava hücumundan müdafiə məsələlərinə, Ukrayna hərbçilərinin təlimi üzrə Aİ missiyasına, sənaye əməkdaşlığına və Rusiyanın "kölgə donanması"na qarşı mübarizəyə yönəldəcək.

Aİ nazirləri, həmçinin hibrid təhdidlər və Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar. Bundan əlavə, müdafiə sahəsində satınalmalar məsələsi müzakirə olunacaq.

İclas səhər saatlarında başlayacaq. Ondan əvvəl Kallasın sədrliyi ilə Avropa Müdafiə Agentliyinin görüşü keçiriləcək.

Məryəm Quliyeva