10:24
329
İranın Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus gəmiyə qanadlı raketlə zərbə endirməsi nəticəsində səkkiz amerikalı dəniz piyadası xəsarət alıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə NBC telekanalı amerikalı dövlət qulluqçularına istinadən məlumat yayıb.
Məlumata görə, hərbçilər kəllə-beyin travması almış ola bilərlər. Onlarda baş ağrıları da daxil olmaqla kəllə baş beynin silkələnməsi əlamətləri müşahid olunub. Hücum sentyabrın 14-də baş verib.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Mohebinin daha əvvəl bildirdiyinə görə, təcavüz halları baş verəcəyi təqdirdə İran regionda ABŞ-nin yeni obyektlərinə yeni silahlarla zərbələr endirməyə başlayacaq. Mohebi vurğulayıb ki, dəyişikliklər müharibənin coğrafiyasına, tətbiq olunan silahlara və hərbi texnikaya şamil ediləcək.
Məryəm Quliyeva