08:58
399.jpg)
İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında yeni hava zərbəsi endirildiyini, hədəfin radikal Fələstin hərəkatı HƏMAS-ın hərbi qanadına mənsub bir snayperin zərərsizləşdirilməsi olduğunu bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordu mətbuat xidmətinin bəyanatında qeyd olunub.
"İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənub hissəsinə zərbə endirərək HƏMAS-ın hərbi qanadının snayperi Adi Adli Əbdel Aseri zərərsizləşdirib", - deyib. Məlumata görə, məhv edilən şəxs "SAXAL hərbçilərinə və İsrail dinc sakinlərinə qarşı bir sıra hücumlar həyata keçirib", həmçinin HƏMAS-ın "döyüş qabiliyyətini bərpa etmək məqsədilə fəaliyyət göstərib". "Terrorçu təhlükənin aradan qaldırılması məqsədilə endirilən hava zərbəsi nəticəsində məhv edilib", - deyə hərbi idarədən bildirilib.
Mətbuat xidmətindən əminliklə qeyd olunub ki, "zərbə endirilməzdən əvvəl mülki əhaliyə dəyəcək ziyanı minimuma endirmək üçün tədbirlər görülüb".
Məryəm Quliyeva