51 mindən artıq şəxs prezident təqaüdçüsüdürİqtisadiyyat
15 Oktyabr 2014 17:17
1 071
Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin oktyabrın 1-nə 51 100 nəfərə prezident təqaüdü təyin olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, bu ilin ötən dövründə ayrı-ayrı şəxslərə təyin olunan prezident təqaüdlərində ciddi artımlar edilib.