“AMEA “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC ilə əməkdaşlığa başlayıb İqtisadiyyat

“AMEA “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC ilə əməkdaşlığa başlayıb

Tural

AMEA Rəyasət Heyətində AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin aparat rəhbəri Vəfadar Əbilhəsənov və Cəmiyyətin Satış və Marketinq Departamentinin direktoru Elşən Cəfərovu qəbul edib. AMEA Elmi İnnovasiyalar Mərkəzinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazovun iştirakı ilə keçirilmiş görüşdə "Azərbaycan Milli Elmlər Akademiyası və "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu" layihəsi müzakirə edilib, əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.