“Paris-2024”: Yenilənmiş Olimpiya medalları Azərbaycan idmançılarına təqdim olunub
Azərbaycan teatrının görkəmli siması Sidqi Ruhulla 140 yaşında yad edilir
Azərbaycan dühası Mərkəzi Asiya kontekstində: Rafael Hüseynovdan yaddaqalan çıxış
I rübdə qeyri-neft sektoru üzrə ixrac gəlirləri 12%-ə yaxın artıb
22 Sentyabr 2020 11:56
4 200
Maliyyə Monitorinqi Xidməti (MMX) Lüksemburq Böyük Hersoqluğunun Təlim Mərkəzi (ATTF) ilə birlikdə 21-28 sentyabr tarixlərini əhatə edən “Pulların Leqallaşdırılması və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Mübarizə” (PL/TMM) üzrə video-konfrans formatında təlimə başlayıb.
Xidmətdən verilən məlumata görə, təlimin məqsədi PL/TMM əsaslarını öyrənmək, PL/TMM riskini azaltmaq üçün beynəlxalq təşkilatlar haqqında məlumatlılığın artırılması, müştərilərin sadələşdirilmiş və gücləndirilmiş identifikasiya və verifikasiya sisteminin məzmununun başa düşülməsini təmin etməkdir.
PL/TMM üzrə ekspert Enrike Dominqez tərəfindən aparılan təlimdə MMX, Azərbaycan Respublikasının Mərkəzi Bankı, digər nəzarət orqanları, habelə ölkədə fəaliyyət göstərən kommersiya bankları və maliyyə qurumlarının əməkdaşları ilə birlikdə 22 nəfər iştirak edir.
1990-cı ildən bəri fəaliyyət göstərən ATTF beynəlxalq səviyyədə bank, maliyyə bazarları və digər sahəvi sektorlara aid seminarların təşkili üzrə zəngin təcrübəyə malikdir.

