Gürcüstanda keçmiş nazirin evində axtarış aparılıb, müavini saxlanılıb
Zelenski Ukraynada hərbi vəziyyəti fevralın 3-nə qədər uzadıb
“Bu hadisə Azərbaycanın əleyhinə yönəlmiş təxribat xarakteri daşıyır”
Arvadına zor tətbiq edilməsi ilə bağlı saxlanılan şəxs barəsində qərar verilib
TÜRKPA beynəlxalq parlament təşkilatları ilə yeni əməkdaşlıq formatları nəzərdə tutur
23 Sentyabr 2020 16:05
3 556
İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Nariman Mannapbekovla görüşüb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə nazir Azərbaycanın AİB-lə əməkdaşlığa önəm verdiyini, Bankın ölkəmizdə bir sıra layihələrin reallaşdırılmasına dəstək göstərdiyini vurğulayıb. Bildirilib ki, indiyədək AİB tərəfindən ölkəmizdə həyata keçirilən müxtəlif layihələrə 5,2 mlrd. dollardan çox kredit ayrılıb.
Azərbaycan AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramında fəal iştirak edir. Bankın hazırladığı “Azərbaycan: daha şaxələnmiş, dayanıqlı və əhatəli inkişafa doğru” tədqiqat sənədi ölkəmizin iqtisadi inkişafı üzrə bir sıra önəmli məsələləri əhatə edir. Qeyd edilib ki, AİB-lə Layihə Hazırlığı Maliyyələşdirmə Aləti çərçivəsində, həmçinin yüksək texnologiya və innovasiya, təhsil, kiçik və orta biznesin inkişafı, dövlət-sahibkar tərəfdaşlığı, vergi siyasəti, irriqasiya və digər sahələr üzrə layihələrin icrası istiqamətində əməkdaşlıq faydalı ola bilər.
Azərbaycanın inkişaf prioritetlərindən danışan Mikayıl Cabbarov iqtisadi islahatlar, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı və rəqabət qabiliyyətliyinin artırılması tədbirləri barədə məlumat verib, AİB-lə İqtisadiyyat Nazirliliyi və Azərbaycan İnvestisiya Holdinqi arasında əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov ölkəmizdəki fəaliyyətindən məmnunluğunu ifadə edərək, Azərbaycan-AİB əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə əməkdaşlığın genişləndirilməsi perspektivləri, Bankın dəstəyi ilə həyata keçirilən layihələrin icrası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
17:22
973
15:54
1 113
15:38
1 057

