Azərbaycan OPEC üzvü ola bilər İqtisadiyyat

Azərbaycan OPEC üzvü ola bilər

"İqtisadi cəhətdən neft hasilatından asılı olan hər bir dövlət OPEC-ə üzv olmaq üçün təşkilata müraciət edə bilər".
Bunu "Report"a açıqlamasında OPEC-in media üzrə icraçı direktoru Eytne Trinor deyib.
"İqtisadi cəhətdən neftden asılı olan hər kəs OPEC-ə üzv olmaq üçün müraciət edə bilər. Lakin OPEC-ə daxil olmayan bir qrup qaz və neft istehsalı ilə məşğul olan ölkələrdə də inkişaf gedir. Onlarla tez-tez məsləhətləşmələr və söhbətlər aparılır. Amma üzvlük qərarı sadəcə olaraq fərdi dövlətlər üçün nəzərdə tutulub", - deyə E.Trinor bildirib.
Azərbaycanın perspektivdə OPEC-ə üzvlüyü məsələsinə gəlincə, təşkilat rəsmisi bunun mümkün olduğunu deyir: "Neft və qaz istehsalı Azərbaycan iqtisadiyyatının özəyidir. Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, ölkənin iqtisadi durumu ümumi ixracının 90%-dən çoxunu təşkil edən neft və qaz əsasında formalaşan enerji ixracından asılıdır".
Xatırladaq ki, OPEC-ə üzv olan hər bir ölkə üçün neftin gündəlik minimum istehsal həcmi 800 min bareldir.