Fransada rekord istilər: Temperatur 41 dərəcəni keçdi Gündəm

Fransada rekord istilər: Temperatur 41 dərəcəni keçdi

Fransada meteoroloqlar cümə axşamı ərzində bir sıra temperatur rekordları qeydə alıblar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə cümlə günü "Le Figaro" qəzeti məlumat yayıb.

Məlumata görə, Yeni Akvitaniya regionunun Sille kommunasında termometrin göstəricisi cümə axşamı rekord həddə — 41,5 dərəcə Selsiyə yüksəlib. Bu məntəqədə əvvəlki maksimal göstərici 23 iyun 2025-ci ildə qeydə alınmış 41,4 dərəcə hesab edilirdi.

Mənbənin bildirdiyinə görə, Burqundiya-Franş-Konte regionunun Dol kommunası üçün də müşahidə tarixi ərzində ən yüksək temperatur qeydə alınıb. Orada hava 40,4 dərəcəyədək qızıb.

Qeyd olunur ki, Fransanın bir çox bölgələrində cümə axşamı temperatur 40 dərəcədən yuxarı qalxıb, istilərdən ən çox əziyyət çəkən isə ölkənin qərb hissəsidir.

Meteoroloqlar istilərin həftəsonu tədricən zəifləyəcəyini proqnozlaşdırırlar.

Məryəm Quliyeva