Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
27 Yanvar 2021 13:21
3 766
Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpı qəbul edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlər, energetika sahəsində mövcud əməkdaşlıq imkanları, həmçinin işğaldan azad olunmuş Azərbaycan ərazilərində yaşıl enerji zonalarının yaradılması istiqamətində müzakirələr aparılıb.
Nazir Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyini vurğulayaraq, BP şirkəti ilə həyata keçirilən səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edib, bərpa olunan enerjidən istifadənin inkişafı da daxil olmaqla energetika sektorunun qarşısında duran çağırışlara uyğun birgə səyləri yüksək qiymətləndirib. İşğaldan azad olunmuş ərazilərin bərpası və yaşıl enerji zonasının yaradılması planları, həmçinin bu ərazilərdə bərpa olunan enerjidən istifadə üzrə mövcud olan yüksək potensial haqqında məlumat verib.
Səfir işğaldan azad olunmuş ərazilərdə elektroenergetika sahəsi üzrə aparılacaq bərpa-yenidənqurma işlərində, həmçinin ümumilikdə Azərbaycanda bərpa olunan enerjidən istifadənin inkişafında Britaniya şirkətlərinin iştirakda maraqlı olduğunu bildirib.
Görüşdə, həmçinin Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclasının protokolunun icrasının gedişi, növbəti iclasın keçirilməsi və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.
25 Sentyabr 18:39
910
25 Sentyabr 18:38
875
25 Sentyabr 17:34
868