“Neftin barelinin qiyməti 20 dollara düşsə belə...” İqtisadiyyat

“Neftin barelinin qiyməti 20 dollara düşsə belə...”

Səudiyyə Ərəbistanının neft naziri: "OPEС hasilatı azaltmayacaq"

"Neftin bir barelinin qiyməti 20 dollara düşsə belə, OPEC hasilatı azaltmayacaq".
"APA-Economics"in "Middle East Economic Survey" nəşrinə istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Nuyami bildirib. "Neftin qiymətinin hansı həddə olmasından asılı olmayaraq, hasilatın azalması OPEC üzvlərinin marağında deyil. Dünya bir də heç vaxt neftin barelini 100 dollar həddində görməyə bilər", - deyə o, bildirib edib. "Səudiyyə Ərəbistanı hasilatı azaldarsa, qiymətlər yüksələcək və ruslar, braziliyalılar və ABŞ-da şist qazı hasilatçıları mənim bazardakı payıma sahib olacaqlar. Biz dünyaya söyləmək istəyirik ki, ancaq neft hasilatında yüksək səmərəliliyə malik olan ölkələr bazarda paya layiqdirlər", - deyə nazir qeyd edib.