3 Yanvar 16:19
3 Yanvar 13:42
23 Aprel 2021 11:46
7 007
Bu ilin iyun ayından başlayaq, Azərbaycanın turizm sektorunda canlanmanın müşahidə olunacağı gözlənilir.
Azərbaycan Sahibkarlar Konfederasiyasından “APA-Economcis”ə verilən məlumata görə, bu fikir ASK-ın “Turizm və xidmət üzrə iş” Komissiyasının növbəti iclasında səsləndirilib.
Bildirilib ki, artıq bir neçə ölkənin kommunikasiya əlaqələrinin bərpa edilməsi 2021-ci ildən turizm sektorunun yenidən dirçəlməyə başlayacağına əsas verir.
İclasda həmçinin qeyd olunub ki, 2019-cu ildə Azərbaycanda turizm sektorunun 10% inkişaf edib, 2020-ci ildə isə bu sektor üzrə 4 dəfə azalma müşahidə olunub.
İclasda pandemiyanın turizm sektoruna vurduğu ziyan, komissiyanın həyata keçirdiyi tədbirlər barədə məlumatlar dinlənilib. 2021-ci ilin oktyabr-noyabr aylarında Dünya Ekoturizm Təşkilatının zirvə toplantısına hazırlıqla bağlı qarşıda duran məsələlər müzakirə edilib.
3 Yanvar 10:29
1 953
3 Yanvar 10:26
1 897
2 Yanvar 11:36
2 758