Dövlət Agentliyi 300 min manatlıq proqram təminatı alır İqtisadiyyat

Dövlət Agentliyi 300 min manatlıq proqram təminatı alır

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi və “Bakinity Distribution” MMC arasında 290.000 manat dəyərində müqavilə imzalanıb.

Trend-in məlumatına görə, Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən web proxy, şəbəkə istifadəçi identifikasiya sistemi, e-poçt qorunması və İT monitorinqi üzrə proqramların alınması üçün elan olunan tenderin qalibi müəyyənləşib.

"Tender komissiyasının qərarına uyğun olaraq "Bakinity Distribution" MMC tenderin qalibi olub. Şirkətlə 289.43 min manat dəyərində müqavilə imzalanıb".

Xatırladaq ki, Dövlət Xəzinədarlıq Agentliyi büdcə daxilolmalarının ödənilməsini, xərclərin vahid büdcə təsnifatına uyğun olaraq məqsədli istifadəsini təmin edən dövlət orqanıdır. Qurum, həmçinin dövlət büdcəsi göstəricilərinin hazırlanması prosesində iştirak etmək və bu prosesi izləmək səlahiyyətinə malikdir.