“Çin dünyanı dəyişməyə cəhd edə bilər” Müsahibə

“Çin dünyanı dəyişməyə cəhd edə bilər”

Henri Kissenger: "Putin özünü Şah kimi aparmağa başlayıb"

"The National İntereset" jurnalının yeni buraxlışında ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri və dövlət katibi Henri Kissengerlə müsahibə dərc olunub. Kissinger eyni zamanda SSRİ və ABŞ arasındakı münasibətlərin qurulmasında əsas şəxslərdən hesab olunur. Müsahibəsində mütəxəssis dünyada baş verən ən qlobal məsələlərə toxunub.

- Bu gün Çini 2-ci Vilqelm epoxasının yeni Almaniyası adlandırmaq olarmı? Riçard Nikson ölümündən bir qədər öncə bildirmişdi ki, Çinlə münasibətlərə başlamq çox vacib idi, lakin ehtimal var ki, biz Frankinşteyn yaratmışıq. Yaxşı olardı ki, biz Çini o vaxt olduğu vəziyyətdə saxlayardıq. Sovetlər birliyinin nüvə silahına malik olması və regiondakı Dominantlığı ən ideal seçim idi. Lakin bu gün Çin Amerika strategiyası üçün böyük təhlükədir.

- Çini Vestfaliya modelinə İnteqrasiya etmək olarmı və yaxud da siz hesab edirsinizmi ki, Çin Dünyada böyük dəyişikliklər etmək istəyir?

- Bizim də elə əsas məqsədimiz budur. Biz onları yaxşı tanımırıq. Tarixlərini və mədəniyyətlərini dərindən bilmirik. Məncə onlar dünyanı dəyişməyə cəhd edə bilərlər. Lakin bu qolobal problemlər yarada bilər. Məncə, Çinlə olan problemimiz SSRİ ilə olan problemimizlə müqayisədə daha incədir. Rəsmi Moskva ilə münasibətlərdə əsas müzakirə mövzusu strategiya idi. Burda isə məsələ mədəniyyətdədir. Görəsən fərqli cür düşünən iki sivilizasiya elə bir model tapa bilərmi ki, dünyada əminamanlıq olsun?

- Çin və Rusiya arasındakı münasibətlərin istiləşməsini necə dəyərləndirərdiz?
- Belə münasibətlər nə Rusiyanın, nə də Çinin təbiyyətinə uyğun deyl

- ABŞ Ukraynanı düşdüyü vəziyyətdən necə çıxarda bilər?

- Söbət Ukraynanı vəziyyətdən çıxartmaqda deyl, əsas məsələ dünyada əminamanlıq yaratmağın yolunu tapmaqdadır. Rusiya ilə Ukrayna arasındakı münasibətlər hər zaman fərqli olub. Rusiyanın yanaşma tərzinə görə isə, bu məsələ iki suveren ölkə arasında deyl. Bu səbədən də Ukraynadakı vəziyyəti Şərqi Avropadakı vəziyyətlə eyniləşdirmək olmaz. Təssəvür etmək çox çətindir, Putin 60 milyard avro xərcləyərək Soçidə Qış Olimpiya Oyunları keçirdi və bununla da Rusiyanı Qərb sivilizasiyasının bir hissəsinə çevirməyə cəhd etdi. Məqsəd isə elə həmin ərazidə növbəti qalmaqal yaratmaqdan ibarət idimi? Mən Putini sonuncu dəfə 2013-cü ilin noyabr ayında görmüşəm. Müzakirə olunan məsələlər sırasında o Ukrayna mövzusuna lap sonda toxundu. O bu məsələyə iqtisadi mövzu kimi yanaşdı və onu neftin biznesi ilə həll etməyin yollarının olduğunu bildirdi. İlk səhv Avropa Birliyinin bu məsələyə ehtiyatsız yanaşması oldu. Onlar öz tələblərinin yaradacağı fəsadlardan xəbərsiz idilər. Yanukoviç təklifləri qəbul edə bilməzdi, Rusiya isə iqtisadi baxımdan razı deyildi. Avropalılar panikaya düşdü bu isə Putində özünəinam hisslərini artırdı. Belə vəziyyətdə o sonraya saxladığı planlarını həyata keçirmək imkanları tapdı. ABŞ da bu mövzuda passivlik nümaiş etdirirdi. Bütün ölkələr özlərini rassional aparırdılar. Bir-birlərini başa düşmürlər kimi bir görüntü yaranmışdı. Maydan hadisələri sözsüz ki, Ukraynanı Rusiyanın əhatə dairəsindən çıxarmağa hesablanmışdı. O zaman Putin özünü rus çarı 1-ci Nikolay kimi aparmağa başladı.
Əgər biz Rusiyanı böyük derjava kimi qəbul etsək, o zaman dərhal başa düşməliyik ki, onların maraqları bizin ehtiyaclarımızla uyğunlaşacaq. İlk öncə Qərblə Rusiyanın Ukrayna mövzudunda razılığa gəlməyinə nail olmalıyıq. Ukraynadakı krizis faciəyə çevrilir. Ukrayna tam olaraq bərpa olunmalı və tamamlanmalıdır. Bu isə o deməkdir ki, Rusiyanı itaətə gətirmək əsas şərtə çevrilib. ABŞ bununla bağlı heç bir ciddi təklif irəli sürməyib. Biz ümid edirik ki, gözəl günlərin birində Rusiya dünyəvi cəmiyyətin bir hissəsinə çevriləcək.
Biz Yeni mühafizəkarların və Liberal "qırğılar"ın Vaşinqtona geri döndüyünə şahidlik edirik. Bu qüvvələr Rusiya hökümətinə qarşı köklənib. Bu aqressivlik fəsadlarla qarşılaşana qədərdi. İkinci Dünya müharibəsindən sonra biz 5 müharibədə iştrak etmişik. Hamsı böyük əhval ruhiyyə ilə başlayıb. Nəticədə isə qırğılar azlıqda qalıb. Biz beynəlxalq qarşıdurmalara soxulmamalıyıq. Belə addımı atmamışdan öncə bunun fəsadlarını və sonunu fikirləşməliyik. Əgər biz buna hazır deyiliksə, o zaman konfliktə girmək olmaz.