“Ermənistan Rusiyanın bir quberniyasıdır” Siyasət

“Ermənistan Rusiyanın bir quberniyasıdır”

Elman Nəsirov: "Rusiya ona müxtəlif səviyyədə iqtisadi dəstək də verir"

"Rusiyanın Azərbaycana silah-sursat satmasının özünə də xeyirləri var". Bu sözləri siyasi ekspert Elman Nəsirov deyib. O, Sarkisyanın Moskvaya səfərinin ardından Rusiyanın Azərbaycanla hərbi artilleriya vasitələrinin satışını həyata keçirməsini şərh edib: "Demək olar ki, Ermənistan dövləti Rusiyanın bir quberniyasıdır. Rusiya ona müxtəlif səviyyədə iqtisadi dəstək də verir. Hətta Sarkisyanın Moskvaya səfərindən sonra qazın qiyməti Rusiya tərəfindən daha 20 dollar ucuzlaşdırıldı və Ermənistana 200 milyon dollar kredit verildi.
Bütün bunlara baxmayaraq Ermənistan həmişə həyəcan təbili çalır. Çünki, Ermənistanın müttəfiq kimi qəbul etdiyi Rusiya eyni zamanda Azərbaycana da hərbi hissələrlə və bir sıra digər məsələlərlə bağlı çox ciddi dəstək verir. Azərbaycan Rusiyanın çox yaxın portnyorudur. Rusiyanın Azərbaycanla hərbi alış-verişinin olması Azərbaycanın bölgədəki mövqeyini möhkəmləndirir.
Təbii ki, Rusiyanın Azərbaycana hərbi cəhətdən dəstək olmasının digər səbəbi də ölkənin özü ilə bağlıdır. Hazırda dünyada ən gəlirli 3 sahə var. B unlardan birincisi silah-sursat satışıdır. ABŞ gün ərzində 50 milyard dollarlıq silah-sursat satışı həyata keçirir. Rusiyada bu satış ABŞ-a nisbətən 3-4 dəfə azdır. Bu baxımdan Rusiyanın Azərbaycanla hərbi texniki sahədə əməkdaşlıq etməsi onun öz maraqlarına da uyğundur. Rusiya gələcəkdə də Azərbaycan ilə silah-sursat alış-verişi həyata keçirəcək".
Onun sözlərinə görə, Ermənistan tez-tez çıxış edərək bildirir ki, Rusiya Ermənistana kütləvi şəkildə silah satmasına baxmayaraq bu silahlar köhnə olur, lakin Azərbaycana kəmiyyətcə az lakin daha keyfiyyətli və yeni silahlar satır.
Politoloq bildirib ki, Rusiyanın bu addımı daha çox öz maraqlarına xidmət edir və bu sahədə Azərbaycanla əməkdaşlığa səy göstərir: "Azərbaycan da həmçinin Rusiya ilə regiondakı münaqişələrin həlli yolu ilə bağlı əməkdaşlığa maraq göstərir. Biz Rusiya və dünyanın bir sıra qabaqcıl ölkələri ilə hərbi əməkdaşlıq edirik. Bütün bu əməkdaşlığın bir məqsədi daha da güclənmək və torpaqlarımızı düşmən tapdağı altından xilas etmək".