“AŞPA Azәrbaycanla әmәkdaşlığı davam etdirəcәk” Siyasət

“AŞPA  Azәrbaycanla әmәkdaşlığı davam etdirəcәk”

"AŞPA müşahidə missiyası seçkiləri izləmək üçün Azərbaycan hakimiyyəti tərəfindən dəvət olunub. Missiya 28 nəfərdən ibarətdir. Müşahidəçilərimiz ölkənin bir neçə rayonunda və Bakıda olublar".
Bunu Azərbaycanda parlament seçkilərini izləmiş Avropa Şurası Parlament Assambleyası (AŞPA) müşahidə missiyasının rəhbəri, ispaniyalı parlamentar Jordi Çukla deyib.
O bildirib ki, seçkilər Azərbaycanın Seçki Məcəlləsinə uyğun keçirilib: "Seçkinin demokratik keçirilməsi üçün uyğun baza yaradılıb. Səsvermə prosesi beynəlxalq standartlara uyğun keçirilib. Səs verənlərin seçki məntəqələrinə girişinə maneə olmayıb. MSK prosesin şəffaflığına töhfə verərək mütəmadi məlumatlar dərc edib. Seçkilərə hazırlıq və səsvermə prosesi peşəkarlıq və texniki cəhətdən yaxşı təşkil olub. Seçici siyahısına bütün seçicilərin adı daxil edilib. Seçki pozuntusunun şahidi olmamışıq. Bir neçə məntəqədə bülletenlərin topa açılması qeydə alınıb. Bununla bağlı MSK-ya məlumat verilib ki, araşdırılsın".
Seçki məntəqəsi ətrafında polis olmayıb.
Jordi Çukla bildirib ki, məntəqələrin 20 faizində kameralar quraşdırılıb. Seçki yerli media tərəfindən geniş işıqlandırılıb: "Bununla belə, səslərin sayılmasında nöqsanlar olub. Bu, seçki komissiyasında çalışanların təcrübəsizliyi səbəbindən baş verib. Lakin bu amil seçkinin nəticəsinə təsir etməyib".
O, ATӘT DTİHB və ATӘT PA-nın Azərbaycana müşahidә missiyası göndәrilmәməsindәn tәəssüfləndiyini qeyd edib: "Lakin çoxsaylı müşahidәçilәr var idi. Seçici fәallığında әhәmiyyәtli artım olub. Seçkilər xalqın iradәsini tam ifadә edib".
Jorfi Çukla Azәrbaycanda insan haqları sahәsinә problemlәrin qalmaqda olduğunu da deyib: "Azәrbaycanı insan hüquqlarının müdafiəsi sahəsində tәcili tәdbirlәr görmәyә çağırırıq. Missiya Azәrbaycan hakimiyyәtini hәvәsәlәndirir ki, Venesiya Komissiyası tәrәfindәn edilən tövsiyyәlәri, o cümәdәn demoratik instutların fәaliyyәti ilә bağlı tövsiyәlәri nәzәrә alsın. AŞPA öz öhdәlikәrini yerinә yetirmәk üçün Azәrbaycanla әmәkdaşlıq etmәyә davam edәcәk".