Amerikalı həmsədr dəyişdirilə bilər Siyasət

Amerikalı həmsədr dəyişdirilə bilər

ATƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə məşğul olan Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin dəyişdirilməsi məsələsi nəzərdən keçirilir.
Bunu Trend-ə diplomatik mənbələrdən deyiblər.
Qeyd edək ki, Azərbaycan tərəfi Ceyms Uorlikin Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyətindən və bəyanatlarından dəfələrlə narazlığını bildirmişdi.
Onun Vaşinqtonda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimlə əlaqədar tədbirə qatılması və Karen Mirzəyan adlı şəxslə görüşməsi həmsədr kimi karyerasının başa çatmasında həlledici rol oynaya bilər.
Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan tərəfinin razılığı olduğu halda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağdakı separatçı rejimin təmsilçiləri ilə görüşə bilərlər.
Separatçı rejimin təmsilçiləri ilə görüş isə yalnız ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağın erməni icmasının təmsilçiləri ilə görüşü kimi təqdim və qəbul olunmalıdır.