“Ermənistanda əsgər və zabitlərə hörmətsizlik birbaşa orduya və xalqa qarşı olan hörmətsizlikdir” Siyasət

“Ermənistanda əsgər və zabitlərə hörmətsizlik birbaşa orduya və xalqa qarşı olan hörmətsizlikdir”

"Ümumiyyətlə, Ermənistanda əsgər və zabitlərə hörmətsizlik, dəyər verilməməsi birbaşa orduya və xalqa qarşı olan hörmətsizlikdir". Bunu millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, amma Azərbaycanda xalq orduya qarşı böyük sevgi və məhəbbət nümayiş etdirir: "Çünki Azərbaycan ordusu torpaqlarını müdafiə edir və torpaqları erməni işğalından azad etmək üçün döyüşür, şəhid olur. Ermənistanda olan əsgər və zabitlər bu gün işğalçı sifətindədirlər. Onlar özgə torpağını yəni Azərbaycan torpaqlarını işğal ediblər. Bu gün erməni hərbiçiləri işğalçı əsgər və zabit kimi tanınırlar. Ona görə də Ermənistan cəmiyyətində, erməni ordusuna qarşı belə hörmətsizlik və laqeyidlik var. Çünki onların da içərisində düzgün düşünən ağıllıları var.
Hətta bunlar da sual edirlər ki, sən Ermənistan ordusunun əsgəri və zabitisən. Bəs sən nə üçün Azərbaycan torpağındasan? Bir səbəb budur. Digər səbəb isə Ermənistanda Qarabağ klanı var. Onlar erməni xalqını, dövlətini uzun illər işğal edib orada hərbi xunta yaradıblar. Təbii ki, bu əsgərlərdə onların nəzarətindədir".