“İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir“ Siyasət

“İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir“

"İsrailin Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı mövqeyi dəyişməyib".
Bu sözləri APA-ya açıqlamasında İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib. O bildirib ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: "İsrail hökuməti Azərbaycan və Ermənistan arasında uzun sürən bu münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. İsrail ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişəni danışıqlar yolu ilə həlli səylərinə də dəstək ifadə edir".
Səfir İsrailin Azərbaycana satdığı silahları Ermənistana qarşı istifadə etməməklə bağlı Azərbaycana xəbərdarlıq etməsinə dair yayılan xəbərlərə də münasibət bildirib: "İsraillə Azərbaycan arasında bir çox sahələrdə mükəmməl ikitərəfli əlaqələr mövcuddur. Siyasətimizə uyğun olaraq İsrail dövləti dünya ölkələri ilə təhlükəsizlik sahəsindəki əməkdaşlığı ilə bağlı məsələlərə şərh vermir".