İranla müharibə xərcləri artıqlaması ilə özünü doğruldacaq - Tramp Dünya

İranla müharibə xərcləri artıqlaması ilə özünü doğruldacaq - Tramp

Vaşinqton gələcəkdə İrana qarşı hərbi əməliyyatın xərclərini artıqlaması ilə geri ala biləcək.

Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

"Venesuela məsələsində müharibə özünü dəfələrlə doğrultdu və eyni şey İranla da baş verəcək", - deyə Amerika lideri deyib.

Tramp ABŞ-nin Venesueladan milyardlarla dollar əldə etdiyini diqqətə çatdırıb: "Eyni şey İranla da baş verəcək".

İyulun əvvəlində ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, İslama qarşı hərbi əməliyyatın xərcləri təxminən 37,5 milyard dollar təşkil edib.

Məryəm Quliyeva