21:10
455
Türkiyə Birləşmiş Ştatların sadiq müttəfiqidir və heç kim "F-35" qırıcılarının Ankaraya tədarük edilməsinə mane ola bilməz.
Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun bu prosesə mane olmasına dair sualı cavablandırarkən bildirib.
"Türkiyə - çox qüdrətli ölkədir. Möhtəşəmdir, çox böyük silahlı qüvvələrə malikdir. Onların silahlı qüvvələrində əla texnikalar var. Nəyi satıb-satmayacağımız barədə heç kim mənə göstəriş verməyəcək", - deyə Tramp qeyd edib.