“Azərbaycan mülki erməni əhalisinə zərər vermək istəmir” Siyasət

“Azərbaycan mülki erməni əhalisinə zərər vermək istəmir”

Bahar Muradova: "Ermənistan qoşunlarını işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılacaq"

"Aprel hadisələri zamanı erməni əsilli Azərbaycan vətəndaşlarının bəzi əraziləri tərk etməsi bizim marağımızda olmayan hadisədir. Döyüşlərin geidşində Azərbaycanın hərbi-siyasi rəıhbərliyi mülki vətəndaşların əziyyət çəkməsini təəssüf hissi ilə ifadə edib".
Bu sözləri Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
Bahar Muradova Ermənistanın müdafiə naziri Seyran Ohanyanın "Talışı tərk etmiş ermənilər öz yerlərinə qayıda bilərlər" bəyanatını bu cür şərh edib:
"Ohanyanın bu çağırışı aprel döyüşlərindən sonra hərbi-siyasi rəhbərliyə və iqtidara qarşı xalqın etirazlarını səngitməyə, kütlənin indiki hakimiyyətə olan inamsızlğını aradan qaldırmağa hesablanıb.
Bu illər ərzində Ermənistan rəhybərliyi erməniləri inandırmağa çalışırdılar ki, "onlar öz torpaqlarını işğaldan azad ediblər".
Hesab edirdilər ki, torpaqlar daim Ermənistanın olacaq və Dağlıq Qarabağ müstəqllik olmasa belə, yenə də işğal altında qalacaq. Onlar danışıqlar prosesində vəziyyəti gözəl bilən tərəf kimi anlayırlar ki, bu heç də belə olmayacaq. Seyran Ohanyan və digər erməni rəhbərləri öz hakimiyətlərinin ömrünü uzatmaq və xalqı aldatmaq üçün belə çağırışlar edirlər".
Deputat bildirib ki, Azərbaycan Dağlıq Qarabağda məskunlamış mülki erməni əhalisinə zərər vermək istəmir: "Azərbaycan Qarabağda yaşayan mülki vətəndaşların qəsdinə dayanmayıb və biz heç də onlara zərər vermək istəmirik. Sülh yolu ilə mümkün olmasa belə, Azərbaycan digər üsullarla Ermənistan qoşunlarını işğal edilmiş Azərbaycan torpaqlarından çıxaracaq. Uzun illər ərzində Azərbaycanın müki vətəndaşları ən çox zərər çəkən tərəf olduğu üçün, bunun nə demək olduğunu çox gözəl bilirik.
Məqsədimiz Qarabağda yaşayan mülki erməni vətəndaşlarının oradan köçürülməsi, yaxud yerləninin dəyişdirilməsi yox, Ermənistan qoşunlarının işğal edilmiş torpaqlardan çıxarılmasına nail olmaqdır. Çünki işğalçı ordu həm Azərbaycan, həm də Ermənistan vətəndaşlarını öz yurd-yuvalarından didərgin salıb. Didərgin düşənlərin sabaha heç bir ümidi yoxdur".