“ABŞ Türkiyə rəhbərliyinə təzyiq metodu hazırlayır“ Siyasət

“ABŞ Türkiyə rəhbərliyinə təzyiq metodu hazırlayır“

"Müasir dövrdə hibrid mübaribə anlayışı yaranıb. Burada hərbi güclə bərabər, informasiya texnologiyaları, məlumatlar və digər vasitələrdən istifadə olunur, mübarizənin sürətini artırıb-azaltmaq mümkünləşir. Hazırda Türkiyədə hibrid dövlət çevrilişinə cəhd olunur". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
O qeyd edib ki, Türkiyədə dövlət çevrilişinə cəhd etmiş həbrçilər ABŞ-a bağlı qüvvələrdir: "Orada başqa qüvvənin əli ola bilməz. Türkiyə rəsmilərinin İncillik hərbi bazasından Rusiyanın Suriyadakı terrorislərə qarşı istifadə edə bilməsi haqqında bəyanatı həmin bazadakı ABŞ hərbçilərini qıcıqlandırdı. Bəllidir ki, Türkiyədəki dövlət çevrilişinə cəhd ABŞ-a bağlıdır. ABŞ dövlət çevrilişinə cəhdi idarə etməklə, ora müxtəlif elementlər qoşur. Məsələn, onlar sabah insan hüquqları, demokratiya məsələləri adı altında bəhanələr gətirəcək, ölüm hökmünün ləğvinin aradan qaldırmamasını istəyəcək. ABŞ Türkiyə rəhbərliyinə təzyiq metodu hazırlayır. İstəyirlər ki, Türkiyə prezidenti qərbpərəst siyasət aparsın, Rusiya ilə münasibətlərdən əl çəksin, bu ölkə yenidən qədim illərdə olduğu kimi, tamamilə ABŞ və NATO-nun təsiri altında olsun".