Oktyabrın 2-də Roma Papası Bakıya gələcək Siyasət

Oktyabrın 2-də Roma Papası Bakıya gələcək

Dünən Roma Papası Fransiskin Gürcüstana və Azərbaycana səfəri başlayıb.
Gürcü KİV-i xəbər verir ki, Papa hər iki ölkədə siyasi və dini liderlərlə görüşlər keçirəcək.
Üçgünlük səfər çərçivəsində Papa Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşəcək. Oktyabrın 1-də Fransisk Mixail Meshi adına stadionda dini ayin keçirəcək. Bundan sonra o, Gürcüstan katolik kilsəsinin nümayəndələri ilə görüşəcək.
Oktyabrın 2-də səhər saatlarında Roma Papası Tiflisdən Bakıya gələcək. Papanın Bakıya səfəri "Bakirə Müqəddəs Məryəm" kilsəsində dua oxuması ilə başlayacaq. Ardından Vatikan başçısının Azərbaycan Prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi şeyx Allahşükür Paşazadə, Bakıdakı Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri ilə görüşü planlaşdırılıb.