Kəmaləddin Heydərov İsrail səfiri ilə görüşüb Siyasət

Kəmaləddin Heydərov İsrail səfiri ilə görüşüb

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 7-də İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, Kəmaləddin Heydərov Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, həmçinin, bu istiqamətdə müxtəlif ölkələrin, o cümlədən İsrailin uyğun qurumları ilə uğurlu əməkdaşlıqdan ətraflı bəhs edib.
Öz növbəsində, səfir Dan Stav İsrailin uyğun qurumlarının Azərbaycan FHN-lə daha sıx əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb, bu istiqamətdə ölkəmizdə diplomatik fəaliyyəti müddətində səylərini əsirgəmədiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.