“Tramp Qarabağın azad edilməsinə kömək edə bilər” Siyasət

“Tramp Qarabağın azad edilməsinə kömək edə bilər”

Donald Trampın ABŞ prezidenti seçilməsi vəziyyəti dəyişə bilər və Ermənistan tərəfindən işğal olunmuş torpaqların geri almasında Azərbaycana yardım edə bilər.
Bu fikirlər Amerika Yəhudi Komitəsinin ictimaiyyətlə əlaqələr üzrə keçmiş rəhbəri, "Tool Shed Group"un rəhbəri Ceyson Katsın "The American Thinker" buraxılışındakı məqaləsində yer alıb.
Kats yazır ki, seçki prosesi zamanı erməni-amerikan təşkilatları Trampa qarşı aqressiv kampaniyalar aparır və fasiləsiz onlayn-hücumlar keçirməklə dezinformasiyalar yayırdı.
Məqalədə qeyd olunur ki, Amerikadakı erməni lobbisi ilə heç bir əlaqəsi olmayan və Azərbaycan barədə müsbət rəyi olan Donald Tramp Dağlıq Qarabağ məsələsinin həllində ABŞ-ın maraqlarına uyğun praqmatik yanaşma nümayiş etdirə bilər.
Azərbaycan müstəqillik əldə etdikdən bəri ABŞ-ın etibarlı strateji tərəfdaşı olub. Bundan əlavə, Azərbaycan beynəlxalq forumlarda ABŞ-ın mövqeyini dəstəkləyir və İsrailin müttəfiqinə çevrilib.
Müəllifin sözlərinə görə, Ermənistan isə azərbaycanlıların öz ərazisində dinc şəkildə yaşamaq hüqununu kobud şəkildə pozub və Azərbaycanın əraz bütövlüyünü pozmaqda davam edir.
Müəllif qeyd edir ki, Tramp administrasiyası qarşısında çox həll olunmalı məsələlər olsa da, Dağlıq Qarabağ münaqişəsinin həlli də prioritet təşkil etməlidir.
Bölgədə növbəti dəfə gərginliyin artması Rusiya, İran, Türkyə və bölgənin digər ölkələrinin qatılacağı böyük müharibəyə çevrilə bilər.