“AB Azərbaycanla əməkdaşlığın inkişafını istəyir” Siyasət

“AB Azərbaycanla əməkdaşlığın inkişafını istəyir”

Ştefan Füle: "Şərqi Avropa tərəfdaşlarımızın çətin keçmişi olub, onlar başqa gələcəyə layiqdir"

Nazirlərin Vışeqrad görüşünü Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramına sadiqliyinin daha bir əlaməti adlandırmaq olar.
APA-nın Avropa Birliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Avropa Birliyinin genişləndirmə siyasəti üzrə komissarı Ştefan Füle çıxış edib.
Ş.Füle Brüsselin "Şərq tərəfdaşlığı"na sadiqliyini nümayiş etdirdiyini qeyd edib: "Dünəndən etibarən Moldova vətəndaşları Avropa Birliyi ölkələrinə vizasız səfər edə bilirlər. Yaxın vaxtlarda biz Ukrayna, Gürcüstan və Moldova ilə assosiasiya haqqında sazişlərin imzalanması prosedurunu yekunlaşdıracağıq. Biz ümumi plan üzrə Azərbaycan və Ermənistanla əməkdaşlığın inkişafını istəyirik, habelə Belarusla işi davam etdirmək istəyirik. Şərqi Avropa tərəfdaşlarımızın çətin keçmişi olub, onlar başqa gələcəyə layiqdir. Biz onlara bu işdə kömək etməyə hazırıq".