Ermənistan bu öhdəliyə əməl edə bilirmi? Əlbəttə, bilmir” Siyasət

Ermənistan bu öhdəliyə əməl edə bilirmi? Əlbəttə, bilmir”

Adil Qəribov qeyd edib ki, Metsamorda baş verən hansısa qəza bölgəni pis vəziyyətə sala bilər: "Bizim içməli su ehtiyatımızın 70-80 faizi başqa ölkələrin hesabına formalaşır. Həmin su zəhərlənə bilər. Yaxud, "Metsamor" Türkiyə sərhədindən 16 kilometr aralıda yerləşir. Əgər qəza olarsa, qardaş Türkiyənin ərazisi də pis vəziyyətə düşəcək. Ona görə, Türkiyə həmin sərhəd zonasında bir-birindən 50 metr aralı ötürücülər qurub ki, daimi olaraq şüalanma, çirklənmə ilə vəziyyətə nəzarət edə bilsin.
90-cı illərdə Litvanı Avropa Birliyinə qəbul edəndə orada Atom Elektrik Satansiyası vardı. Bu, SSRİ-nin ən son və müasir texnologiya ilə tikdiyi stansiya idi. AB şərt qoydu ki, həmin stansiya dayandırılmalıdır. O dövrdə məni də ora dəvət etmişdilər. AES-in rəhbəri ağlayırdı, deyiridi ki, bizim ölkənin bu cür enerji mənbəyini bağlayırlar. O məntiqlə ki, həmin ən müasir reaktor onlara təhlükə yarada bilər. Ermənistanda isə həmin reaktordan 20-30 il köhnə qurğunun fəaliyyətini dayandırmırlar ki, Ermənistan enerji blokdasına düşə bilər.
Halbuki, Ermənistanın enerji təminatı üçün kifayət qədər mənbələləri var. İran hər il onlara 7-8 milyard kubmetrə qədərə qaz verir. Hətta indi yeni razılaşmalar da imzalayıblar. Ermənilərin su və istilik elektrik stansiyaları da var. Onlar bütün ölkənin enerji təminatını həyata keçirə bilər. Amma Ermənistan istəmir.
Çünki Ermənistan istənilən vaxt o nüvə prosseslərini özünün stareji məqsədləri üçün istifadə edə bilər. Bu saat ermənilərin su altında soyudulan anbarında 40 tona yaxın nüvə materialı var. Müharibə zamanı onu bizim su ehtiyatımıza, ərazilərimizə atsalar, bəs edər. Ermənilərin bu niyyətlərini keçən il hər kəs gördü. Onların keçmiş müdafiə naziri bildirdi ki, çirkli bombaları, atom silahları var. Görün, nə qədər azğınlaşıblar? Bu, beynəlxalq təşkilatlara əsas verir ki, stansiyanın fəaliyyətini dayandırsınlar. Çünki Ermənistan təcavüzkar ölkədir, başqa dövlətin 20 faiz ərazisini zəbt edib".