“Növbəti bir aprel döyüşü Ermənistanın məhvi demək olar” Siyasət

“Növbəti bir aprel döyüşü Ermənistanın məhvi demək olar”

"Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin xəbərdarlıq mesajlarından nəticə çıxarmağa məhkumdur". Bunu Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, siyasi təhlilçi Azər Verdiyev deyib. Onun sözlərinə görə, növbəti bir aprel döyüşü bu ölkənin məhvi demək olar: "Bilirsiniz, Ermənistanda vəziyyət başqa cürdü. O dövlət müstəqil deyil və iqtisadiyyatı tamamilə çökmüş durumdadır. Bundan başqa hökümətə terrorçular rəhbərlik edir. Belə bir rejimlə hansı danışıqları aparmaq olar ki? Hesab edirəm ki, Ermənistan iqtidarı öz xalqını uçuruma aparır və bunu artıq o ölkənin ictimaiyyəti anlayır". Azər Verdiyev problemin həlli istiqamətində hər an dönüş baş verə biləcəyini də istisna etmir: "Dağlıq Qarabağ probleminin həllində hər an dönüş ola bilər. Ümumiyyətlə, Azərbaycan hərb yolu ilə torpaqları bir aya tamamilə işğalçılardan azad edə bilər. Ancaq biz sülh ölkəsiyik. Eyni zamanda biz BMT-nin 4 qətnaməsinin icrasını gözıəyirik. Hesab edirəm bu il dönuş olacaq". Azərbaycanın uğurlu xarici siyasəti və beynəlxalq səviyyədə qurulan əlaqələrə gəlincə İctimai Birlik sədri deyib ki, bu baxımdan 2016-cı il uğurlu olub: "Bütün bunların göstəricisidir ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi beynəlxalq təşkilatlarda bizim sözümüz keçir və təsirimiz artır. Ümumiyyətlə, ötən il beynəlxalq münasibətlər sistemin olduqca ziddiyətli proseslər baş verdi. Böyük güclırin toqquşan maraqları Yaxın Şərqdə onsuz da səngiməyən gərginliyi daha da artırdı. Ancaq Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Ölkədə"Mültikultralizm İli" elan olundu. "Multikulturalizm İli" çərçivəsində bir neçə beynəlxalq konfrans həyata keçirildi. Bundan başqa xarici siyasətdə ölkəmiz inanılmaz uğurlara imza atmış oldu. Prezident İlham Əliyevin şəxsi nüfuzu, siyasi müdrikliyi isə ötən il özünü daha açıq şəkildə biruzə verdi". Azər Verdiyevin sözlərinə görə, ayrı-ayrı ölkələrlə qurulan ikitərəfli əlaqələr Azərbaycanın beynəlxalq aləmdəki mövqelərinin möhkəmləndirilməsinə də öz müsbət təsirini göstərdi: "Azərbaycanın yürütdüyü xarici siyasət kursu olduqca sistematik və nümunəvidir. Hətta bəzən bir çox ölkələr bizim xarici siyasəti model olaraq qəbil edib öz ölkələrində tətbiq edirlər. Eyni zamanda ölkəmiz investorlar üçün kifayət qədər cəlbedicidir. Bu faktor həm də ikitərəfli və çoxtərəfli münasibətlərin daha da inkişafı üçün zəmin yaratmış olur. Hesab edirəm ki, 2017-ci il də ölkəmiz üçün olduqca uğurlu il olacaq. Eyni zamanda qeyri-hökumət təşkilatlarının xarici tədbirlərdə iştirakı məsələsini də dövlətin nəzarətə götürməsini və dəstək olmasını gözləyirəm. Əminəm ki, biz bu il torpaqları işğaldan azad etməyə müvəffəq olacağıq. Çünki Azərbaycan Silahlı Qüvvələri buna qadirdir".