Almaniyada məktəblilər hərbi xidmətə və bahalaşmaya qarşı etiraz edəcəklər Gündəm

Almaniyada məktəblilər hərbi xidmətə və bahalaşmaya qarşı etiraz edəcəklər

Almaniya üzrə bu gün müxtəlif məktəbli təşkilatlarının hərbi xidmətə və qiymət artımına qarşı yenidən etiraz aksiyaları keçiriləcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Deutsche Welle" (DW) məlumat yayıb.

Nümayişlərin azı 73 şəhərdə baş tutacağı bildirilir.

Məktəblilər təkcə məktəblərin maliyyələşdirilməsinin artırılması uğrunda deyil, həm də yaşayış xərclərinin bahalaşmasına, məcburi hərbi xidmətə və iqlimin mühafizəsi tədbirlərinin sərtləşdirilməsinə qarşı etiraz edirlər.

Xatırladaq ki, oktyabrın 31-də baş tutan əvvəlki etiraz dalğası talanlar və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalarla başa çatmışdı.

Məryəm Quliyeva