Amerikalı politoloq Ermənistan hökumətini İŞİD-ə bərabər tutur Siyasət

Amerikalı politoloq Ermənistan hökumətini İŞİD-ə bərabər tutur

"Ermənistan tarixən müharibə qaydalarına riayət etməyib, onların hökuməti isə insan hüquqlarını pozmağa davam edir".
Bunu "Report"a açıqlamasında amerikalı politoloq Piter Teys Ermənistan tərəfinin düşmənin təxribatının qarşısını alan zaman şəhid olmuş Azərbaycan əsgəri Çingiz Qurbanovun meyidinin geri qaytarılmasından imtina etməsi məsələsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistan hökuməti demokratik islahatları tətbiq etməkdən yayınır, insan hüquqlarının müdafiəsi üzrə siyasəti gücləndirməkdən imtina edir.
"Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarının hər qarışını tərk etməlidir. Tarixi mənbələrə və arxeoloji qazıntılara əsaslanaraq, Dağlıq Qarabağ və ətraf yeddi rayonun Azərbaycanın suveren ərazisi olduğunu əminliklə söyləmək olar. Beynəlxalq ictimaiyyət və təşkilatlar Ermənistanın Azərbaycanın şəhid olmuş əsgərinin meyidinin qaytarılmasından imtina etməsi ilə bağlı qəti mövqeyini bildirməlidir. Bu, beynəlxalq müharibə aparma qaydalarının pozulması deməkdir. Belə addımları İŞİD terror qruplaşmasının yaraqlıları edirlər", - deyə Piter Teys vurğulayıb.