“Obama Rusiya ilə yumşaq davranıb” Siyasət

“Obama Rusiya ilə yumşaq davranıb”

Donald Tramp: "ABŞ kəşfiyyatı qanunsuz əməllərlə məşğuldur"

Tramp Rusiya kəşfiyyatı ilə əməkdaşlığı barədə xəbərlərə reaksiya verdi
"ABŞ kəşfiyyatı qanunsuz əməllərlə məşğuldur"
"ABŞ-ın hazırkı administrasiyasının rus kəşfiyyatı ilə əlaqəsi barədə xəbərlərin dövriyyəyə buraxılması seçkilərdə uduzan Hillari Klintonun səhvlərini ötr-basdır etmək niyyəti daşıyır".
Bunu ABŞ prezidenti Donald Tramp Twitter hesabında yazıb.
Tramp ABŞ kəşfiyyatını qanunsuz əməllərdə ittiham edib: "İnformasiyalar qanunsuz olaraq New York Times və Washington Post qəzetlərinə ötürülür".
Qeyd edək ki, adları açıqlanmayan amerikalı məmurlara istinadla məlumat yayan "New York Times" qəzeti 2016-cı ildə Tramp komandasının seçkilərə qədər rus kəşfiyyatı ilə sıx telefon əlaqələri saxladığını bildirib.
ABŞ prezidenti Donald Tramp Krımın Rusiya tərəfindən ilhaqına görə sələfi Barak Obamanı qınayıb: "Rusiya Krımı Obama administrasiyasının dövründə ələ keçirib. Obama Rusiya ilə kifayət qədər yumşaq davranmayıbmı?"
Donald Tramp yaxın ətrafındakı şəxslərin Rusiya kəşfiyyatı ilə əlaqələri olduğuna dair "The New York Times" qəzetinin məlumatına da reaksiya verib. O, həmin məlumatı yalan adlandırıb: "Rusiya ilə bu cür əlaqələr nonsensdir. Bu, Hillari Klintonun uduzulmuş seçki kampaniyası zamanı yol verilən çoxsaylı səhvləri ört-basdır etmək üçün edilir".
Prezident bu cür informasiyaların yayılmasında kəşfiyyat orqanlarını – Milli Təhlükəsizlik Agentliyini və Federal Təhqiqatlar Bürosunu ittiham edib: "İnformasiyalar qanunsuz olaraq kəşfiyyat ictimaiyyəti tərəfindən "New York Times" və "The Washington Post" kimi bədnam qəzetlərə ötürülür".