Azərbaycanın dövlət başçısı Litva prezidentini təbrik edib Siyasət

Azərbaycanın dövlət başçısı Litva prezidentini təbrik edib

Azərbaycan prezidenti İlham ƏliyevLitva prezidenti xanım Dalya Qribauskayteni ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
Dövlət başçısının məktubunda deyilir:
"Hörmətli xanım Prezident, Litva Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan-Litva dostluğu və əməkdaşlığı, daim genişlənməkdə olan siyasi, iqtisadi və mədəni əlaqələrimiz bundan sonra da xalqlarımızın rifahına
töhfələr verəcək. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına daim sülh və rifah diləyirəm".