“Ankarada Turançılar Xocalı soyqırımını andılar“ Siyasət

“Ankarada Turançılar Xocalı soyqırımını andılar“

Fevral ayının 19-dA Türkiyənin paytaxtı Ankarada fəaliyyət göstərən "Turançılar Toplumçu Düşüncə və Tədris Dərnəyində", "Ötükən" jurnalının Ankara şöbəsinin də dəstəyi ilə Xocalı Soyqırımının 25 illiyinə həsr olunmuş anım konfransı təşkil olunub. Bu haqda tədbirin dəvətli məruzəçisi, tarixçi Ph.D Cavid Mövsümlü bildirib. Həyata keçirilən "Xocalı Soyqırımının" anma proqramında Ankarada təhsil alan türkiyəli və fərqli ölkələrdən olan tələbə və gənclər iştirak ediblər. Tədbirin məruzəçi qonağı olan Azərbaycanlı tarixçi Cavid Mövsümlü Azərbaycan tarixi, Qarabağ münaqişəsi və Xocalı Soyqırımı mövzularında qonaqlar üçün çıxış edib. O öz çıxışının sonunda türkiyəli soydaşlara azərbaycanlıların acısına şərik çıxdıqları üçün öz xalqı adına təşəkkür edib və bu yaxşılığı azərbaycanlıların heç bir zaman unutmayacağını söyləyib. O sözlərinə əlavə edərək bildirib ki, "Azərbaycanlıların bu soyqırımı dünyaya düzgün şəkildə çatdırmaqda məqsədləri, bu faciədən dünya ictimaiyyətinin dərs götürərək, insanlıqdan kənar belə cinayətlərin gələcəkdə təkrarlanmasının qarşısını almaqdır". Öz növbəsində "Turançılar Toplumçu Düşüncə və Tədris Dərnəyi" sədri Rəcəb Əli Gündüz də tədbirin təşkilatçılığında əməyi keçən hər kəsə təşəkkür etdikdən sonra bildirib ki, "Xocalı Soyqırımının təkcə azərbaycana deyil, bütün Türk dünyasına qarşı törədilmiş bir cinaət olduğu qənaətindədir və elə buna görə də Türkiyənin Turançı görüşləri paylaşan toplum bu cinayətdə əli olanların cəzalandırılmasını, Azərbaycanın isə haqlı mövqeyini dəstəkləməsini istəyir". Rəcəb Əli Gündüz daha sonra, "Xocalı Soyıqrımını" Türkiyə Cümhuriyyətinin də yaxınlarda rəsmi olaraq tanımasında inamlı addımlar atacağına ümid bəslədiyini bildirib. Tədbir sonunda qonaqları maraqlandıran suallara cavab verilib və xatirə şəkilləri çəkilib.