Elxan Süleymanov Avropa Şurasında çağırış edib Siyasət

Elxan Süleymanov Avropa Şurasında çağırış edib

"Finance.yahoo.com", "prnewswire.com" və digər dünya saytlarında "Qeyri-müəyyən vəziyyət"in olduğu bir vaxtda azərbaycanlı deputat Süleymanov Avropa Şurasında genişmiqyaslı yeni meyarlara çağırış edir" adlı məqalə dərc edilib.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, azərbaycanlı deputat və AŞPA üzvü Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bütün üzvlərinə ünvanladığı açıq məktubda hazırda institut daxilindəki "qeyri-müəyyən vəziyyəti" nəzərə alaraq, genişmiqyaslı islahatlara çağırış edib.
E. Süleymanov bazar ertəsi Brüsseldə fəaliyyət göstərən beyin mərkəzi "Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi"nin dərc etdiyi və Avropa Şurası Parlament Assambleyasında (AŞPA) "Ermənistanın xeyrinə Azərbaycana qarşı amansız təbliğat kampaniyası aparmış" "Erməni Sövdələşməsi" şəbəkəsini aşkara çıxaran ətraflı hesabatdan sonra (http://www.esisc.org/publications/analyses/11791) məktub yazmağı zəruri hesab etdiyini bildirib. "Məhz ölkəm və mən AŞPA-da bu hücumlara və gizli anti-Azərbaycan sövdələşməsinə məruz qalırdıq" deyən E.Süleymanov bildirib və öz məktubunda "Faktlar və təxəyyülü bir-birinə qataraq və təəssüf ki, AŞPA-nın imicinə görünməmiş zərər vurmaqla, bütün beynəlxalq mətbuatda yaxşı hazırlanmış böhtanın necə yayıldığı"nı açıqlayıb.
O, xüsusilə Azərbaycandan iddia edilən rüşvəti qəbul etdiyinə görə barəsində istintaq aparılmış italiyalı siyasətçi Luka Volonteyə qarşı Milan məhkəməsinin heç bir ittiham irəli sürməmək haqqında verdiyi qərarı qeyd edib. "Bütün AŞPA üzvləri hüququn aliliyinə, o cümlədən Milan məhkəməsinin bütün korrupsiya ittihamlarına xitam vermək barədə aydın qərarına istisnasız olaraq tam hörmət etməlidir", - deyə E. Süleymanov tələb edib.
O, eyni zamanda Hüquq Məsələləri Komitəsinin xüsusi məruzəçisi Kristof Ştrasser tərəfindən hazırlanmış və 2013-cü ilin yanvar ayında böyük əksəriyyətlə - 125 səs əleyhinə və 79 səs lehinə olmaqla, Azərbaycanda siyasi məhbuslara dair rədd edilmiş məruzəni qeyd edib. "Son əsassız korrupsiya iddialarında təkrar edilir ki, guya rüşvət sayəsində həmin səsverməyə təsir edilib" deyən E. Süleymanov əlavə edib ki, bütün siyasi qrupların iclas protokollarındakı məlumatı nəzərdən keçirilməsinin mümkünlüyü nəzərə alınsa, bu, tamamilə gülüncdür: "Bütün üzvlər bir-birinin siyasi mövqeyinə daha çox hörmət etməli, hər bir həmkarının sərbəst səsverməsinə hörmət etməli, öz mövqeyinin digərinkindən mənəvi cəhətdən daha üstün olduğunu iddia etməməlidir. Biz heç vaxt geriyə baxmamalıyıq. Səsvermənin nəticələrini və deputatların səsvermə mövqeyini sual altına qoymaq AŞPA-nın özünü sual altına qoymağa bərabərdir. Assambleyamız mütəşəkkil etimadsızlıq deyil, həqiqi əməkdaşlıq vasitəsilə daha da güclənəcək".
E. Süleymanov eyni zamanda lobbiçiliyə aydınlıq gətirməyə çağırıb: "Bu ya qadağan edilməli, ya da buna icazə verilməlidir? AŞPA ilə əlaqəli QHT-lərə maliyyə yardımına icazə verilməlidirmi? Bu həmin QHT-lərlə əməkdaşlıq edən deputatlara xələl gətirə bilərmi? AŞPA-da ikili standartlara yol verilməməlidir", - deyə məktubda vurğulanıb.

"Yanlış korrupsiya şayiələri yaymaq Assambleyanın qlobal etimadına güclü xələl gətirir. Təcili surətdə yeni qaydalar qəbul edilməlidir", - deyə E. Süleymanov qeyd edib.