“Aİ-nin bu mövqedə nə dərəcədə israrlı olacağını sınaqdan keçirmək vacibdir” Siyasət

“Aİ-nin bu mövqedə nə dərəcədə israrlı olacağını sınaqdan keçirmək vacibdir”

"Ermənistan danışıqlar prosesindən qaçırdı və çalışırdı ki, danışıqlar cəbhə xəttindəki vəziyyətin qorunub saxlanmasına xidmət etsin. Təbii ki, Azərbaycan buna razılaşmırdı".
Bu fikirləri Milli Məclisin deputatı Rasim Musabəyov 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesini şərh edərkən deyib.
O qeyd edib ki, indi danışıqlar prosesi bərpa olunub, lakin danışıqların hara aparıb çıxaracağı məlum deyil. Deputatın fikrincə, danışıqların bərpa edilməsi müsbətdir.
R. Musabəyov əlavə edib ki, Avropa İttifaqı digər münaqişələrdə ərazi bütövlüyü prinsipini dəstəkləyirdi. Lakin Dağlıq Qarabağ münaqişəsinə gəlincə xalqların öz müqəddəratını təyin etməsi prinsipini də bura əlavə edirdi: "Azərbaycanın təklifi nəticəsində Aİ postsovet məkanındakı münaqişələrə eyni yanaşır. Aİ-nin bu mövqedə nə dərəcədə israrlı olacağını isə sınaqdan keçirmək vacibdir".