Türkiyənin Azərbaycandakı səfiri Gəncədə Siyasət

Türkiyənin Azərbaycandakı səfiri Gəncədə

Türkiyənin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Gəncə şəhərinə işgüzar səfər edib.
Erkan Özoral Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.
Elmar Vəliyev qonağı Azərbaycanın qədim mədəniyyət və sənaye şəhəri olan Gəncədə görməkdən məmnun olduğunu bildirib.
Səfir qəbula görə İcra Hakimiyyətinin başçısına minnətdarlığını bildirib.
Görüşdə hər iki qardaş ölkənin iqtisadi, mədəni və digər sahələrdə uğurla davam edən əlaqələrindən söhbət açılıb. Bu əlaqələrin genişləndirilməsi üçün Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə geniş potensial imkanlar olduğu diqqətə çatdırılıb.
Səfir Erkan Özoral Türkiyə və Azərbaycan xalqının tarixən çətin anlarda bir - birinin yanında olmasını xüsusi vurğulayıb.
Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.