“Bütöv Azərbaycan ideyası Qərbə sərf edən bir məsələ deyil” Siyasət

“Bütöv Azərbaycan ideyası Qərbə sərf edən bir məsələ deyil”

Elşən Qaraçuqlu: "Qərb türk koridorunun yaradılması ehtimalından və Böyük Turandan çəkinir"
Səid Quşçu: "Başda ABŞ olmaqla Qərb dövlətləri Güney Azərbaycandakı Milli Azadlıq Hərəkatında maraqlı deyillər"

Müxtəlif zamanlarda Qərb dövdətlərini təmsil edən rəsmilərin və ya millət vəkillərinin Güney Azərbaycan məsələsini gündəmə gətirmələri artıq bu problemin dünyada daha diqqətlə yanaşılacaına ümid yaratsa da ABŞ-İran münasibətlərinin yaxınlaşması fonunda bu məsələ yenidən gündəmdən çıxarıldı. Son proseslər onu deməyə əsas verir ki, Qərb dövlətləri ümumiyyətlə Güney Azərbaycan məsələsinin qabardılmasında maraqlı deyillər.
Siyasi ekspert Elşən Qaraçuqlu qənaətinə görə, İran min illər ərzində imperativ ənənələrə malik olan bir dövlətdir. Onun fikrincə, belə dövlətlərə münasibət bir başqa olduğundan savayı dünyanın müasir zamanında da siyasi tələbat başqa konyukturalar üzərində qurulub: "Qərb dövlətlərini ilk növbədə maraqlandıran məsələ İranın bölünməsi və ya parçalanması deyil, orada Qərbə daha çox loyallığı ilə seçilən bir qrupun hakimiyyətə gətirilməsi məsələsidir. İran güclü iqtisadi potensiala, ictimai birliyə malik olan tək-tük dövlətlərdən biridir ki, xaricdən güc tətbiq etməklə istəyinə çatasan İndiki halda İranı daxildən, milli zəmində sarsıtmağa çalışan planlar mövcuddur ki, bunların da tərkib hissəsində etnik azərbaycan türklərinə rol ayrılıb. Amma tarix göstərir ki, İran daxilində vəziyyəti azərbaycan türkləri vasitəsi ilə nəzarətə almağa çalışan qüvvələr, sonradan da elə azərbaycan türklərini satmış olublar. Bundan savayı Bütöv Azərbaycan ideyası Qərbə sərf edən bir məsələ deyil. Hər hansı bir halda Qərb türk koridorunun yaradılması ehtimalından, sonradan Böyük Turan imperiyası yaradılacağı səbəbindən çəkinib. Bir də yaddan çıxarmayaq ki, İran taxtının başında min illiklərlə türk hökmdarları əyləşiblər, əslində elə İran türk məmləkəti olaraq da qalmaqdadır".
Ekspert Abil Ulusoy isə hesab edir ki, Avropa, Qərb İranı təhdid eləyə bilər, orada rejim dəyişikliyi yarada bilər orda, varidatına sahib olmaq istəyər, amma İranın bir dövlət kimi tarix səhnəsindən silinməsinə yol verməz: "Əgər İran bir dövlət kimi olmayacaqsa, bəs onda nə olacaq?! Təbiidir ki, böyük bir Azərbaycan olacaq, - bu coğrafiyada türk dünyasının sanballı bir hissəsi olan Bütöv Azərbaycan. Bu da Qərbin siyasi maraqlarına uyğun deyil. "Böyüklər" başqa böyüklərin yaranmasını istəmirlər. Əslində nə qədər parçalansa onlar üçün bir o qədər yaxşıdır. Amerikanın keçmiş dövlət katibi Kandaliza Rays deyirdi ki, nəyə görə 200 dövlət olmalıdır, 4000 dövlət yox?! Çünki nə qədər çox parçalansa bir o qədər idarə etmək asanlaşır. İntəhası, gərək parçalanma Qərbin maraqlarına uyğun baş versin. Əks halda, parçalanmanın nəticəsində yarana biləcək böyük dövlətdən qorxurlar ki, tarixə hökm edən bir millət yenidən özünə qayıda bilər".
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) təmsilçisi Səid Quşçu bildirib ki, başda ABŞ olmaqla Qərb dövlətləri Güney Azərbaycandakı Milli Azadlıq Hərəkatında maraqlı deyillər. Onun fikrincə, ikinci güclü türk dövlətinin yaranması müttəfiqlərin siyasi və iqtisadi planlarını təhlükə altına sala bilər: "Regionda baş verən proseslər bunu açıq şəkildə göstərir. Güney Azərbaycan Milli Hərəkatı xalq içərisində yaranmış bir ulusun mübarizəsidir. Heç bir xarici dövlət və beynəlxalq təşkilatın adı ilə bağlı deyil. Təbii ki, satılmayan hərəkatı dəstəkləmək ABŞ və Qərbin maraqlarını əks etdirmir".
Onnun sözlərinə görə, kürd seperatçılarının Azərbaycana qarşı ərazi iddiaları getdikcə ciddiləşir: "İran rejiminin dəstəyilə Qərbin Azərbaycan vilayətlərinə kütləvi kürd axınının təşkil edilməsi bu gün üzə çıxır. Onların əsas məqsədi türkləri tapdalayaraq məhv etmək, ərazilərini kişiltməklə yox etməkdir. İran çalışır ki, türklər öz ərazilərini kürd və farslara güzəştə getsinlər. GAMOH bütün təşkilatları, milli fəalları və bütün türkləri mübarizəyə çağırır. Biz öz yolumuza çiyin-çiyinə davam etməliyik. Bizlər yalnız birlik olaraq zəfər qazana bilərik".
Güney üzrə ekspert Əlirza Amanbəyli diqqətə çatdırdı ki, Qərb dairələri heç bir zaman bu bölgədə ikinci böyük türk dövlətinin yaranmasını istəməzlər. Onun sözlərinə görə, ara sıra Güney Azərbaycan problemi Qərbdə gündəmə gəlsə də, bu dövlətlər məsələyə səthi yanaşıblar. Əlirza Amanbəylini sözlərinə görə, Qərb hazırda İranla münasibətləri yumşaltmağa çalımaq istəməsi səbəbi ilə Güney Azərbaycan proroölemi məsələsi ona bir siyasi kart kimi də artıq sərf etmir: "Qərb nəinki Güney Azərpbaycan probleminin həllinə çalışıb, həttə müəyyən zamanlarda orala türk torpaqlarında kürdlərin yerləşdirilməsinə çalışıb. Bu bir faktdır ki, Güney Azərbaycanın İraq və Türkiyə sərhədlərinə bitişik vilayətlərinin (Qərbi Azərbaycan) kürdləşdirilməsi siyasəti uzun illərdir İran rejimləri - Pəhləvilər və bu günkü "İslam Respublikası" tərəfindən planlı şəkildə həyata keçirilir. Qərbi Azərbaycanın kürdləşdirilməsi prosesi Güney Azərbaycanla Türkiyə və Quzey Azərbaycan arasına bir kürd və erməni zolağı salmaq siyasətidir və bu siyasət keçmişdə olduğu kimi, bugünkü İran hakimiyyəti tərəfindən də dəstəklənir. Bölgənin Türklərdən təmizlənməsi siyasəti bir neçə istiqamətdə həyata keçirilir.
Yerli əhalinin iqtisadi inkişafının qarşısını alaraq bölgədə işsizlik,sosiyal təminatsızlıq, milli adət ənənələrin inkişafına mane olmaq, bölgədə ağır sənayə, fabrik və zavodların fəaliyyətini dayandırmaq, ekoloji şəraiti əlverişsiz duruma gətirmək, tarixi abidələri məhv etmək və əminyyətsizlik yaratmaq kimi vasitələrdən istifadə olunur.
Bütün bu cəhdlərə baxmayaraq Güney Azərbaycan türklərinin əksəriyyəti öz tarixi ata-baba tporpaqlarını tərk etmək niyyətində deyillər. Fars irqiçiliyi üzərində qurulan və idarə olun İran rejiminin aparıcı rəhbərləri öz əməllərində və çıxışlarında dəfələrlə fars kökənli olmayan xalqları "yadelli" adlandıraraq, açıq aşkar ayrıseçkilik siyasəti həyata keçiriblər".
Onun sözlərinə görə, yuxarıda qeyd olunanları nəzərə alsaq görərik ki, son illərdə Güney Azərbaycanda milli oyanışın yüksəlməsi, milli hüquq və azadlıqların əldə olunması uğrunda soydaşlarımızın aprdıqları mübarizə artıq kütləvi formada özünü göstərməkdədir: "Bunula yanaşı Sovetlər Birliyi dağılandan sonra bölgədə Türk dövlətlərinin sayının artması təkcə Qərb dövlətlərini deyil, rusiya və özəliklə iran rejimini ciddi vahiməyə salıb. Bu səbəblərdən dolayı İran rejimi ölkənin çoxunluqunu təşkil edən türklərin Mlli Azadlıq Hərəkatının qarşısına kürd terroristlərini qoymaqla özünü siğortalamğa çalışır. Lakin, bütün bu təxribatlar və çaşdıricı hiylələr Güney Azərbaycan türklərinin diqqət mərkəzindədir və düşmənlərin bütün təxribatlarının qarşısını almmaq üçün kifayət qədər imkanlara malikdir.
Bu gün Güney Azərbaycan türkləri tarixdə təkrar olmamış dərəcədə milli oyanışa və sarsılmaz iradəyə sahibdir və düşmənlərin bütün təxribatlarının qarşısını almaq gücünə sahibdir. Amma, yenə yaxşısı budur ki, kürdlər və ermənilər kimlərinsə boş vədlərinə inanaraq özlərini ciddi təhlükə qarşısında buraxmasınlar və bunu yadda saxlasınlar ki, Güney Azərbaycan türklərinin nə kürdə, nə də erməniyə verəsi bir qarış da olsun torpağı var.
Bunu bütün dünya bilsin ki, Bütöv Azərbaycan yurdlarında ikinci erməni və kürd dövlətinin yaradılmasına imkan verməyəcəyik.
Hamıya məlumdur ki, kürdlər və ermənilər əzəli və əbədi Türk torpaqlarında anti-türk güclərin himayəsilə özlərinə bir qondarma dövlət qurublar və bütün dünyada olan kürdlər və ermənilər həmin dövlətdə yaşaya bilərlər. Əlavə torpaq və ya ikinci dövlət idiaları kürdlər və ermənilər üçün ciddi poroblemlər yaradar və onlar işğal etdikəri Türk topraqlarını da itirə bilərlər".

Əli