15:01
553![]()
İranın nüvə proqramı müstəsna olaraq dinc xarakter daşıyır və Tehran heç vaxt atom bombasına sahib olmaq istəməyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bəyan edib.
"İran heç vaxt nüvə silahına sahib olmaq istəməyib. Biz dəfələrlə demişik ki, atom bombası istəmirik. Bizim yalnız dinc nüvə proqramımız var", — deyə o, Yeni Delhidə keçirilən mətbuat konfransında bildirib.
Məryəm Quliyeva