16:58
581
Türk dövlətləri arasında rəqəmsal inteqrasiyanın genişləndirilməsi strateji məqsəd kimi müəyyənləşdirilib.
Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.
“Elektron pasport və rəqəmsal identifikasiya sistemlərinin tətbiqi istiqamətində mühüm işlər görülüb. Hazırda Azərbaycan və Türkiyə, eləcə də Qırğızıstan, Qazaxıstan və Özbəkistan arasında bu sahədə əməkdaşlıq davam edir. Bu addımlar Türk dünyasında inteqrasiyanın və iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edir. 2024-cü ildə Bişkekdə keçirilən tədbirlərdə rəqəmsal iqtisadiyyatın inkişafı və texnoloji əməkdaşlığın gücləndirilməsi məsələləri xüsusi diqqət mərkəzində olub. Bu gün Türk dövlətləri rəqəmsal sənaye platformalarının formalaşdırılması istiqamətində mühüm mərhələyə qədəm qoyub. Yeni texnologiyaların tətbiqi iqtisadi inkişafın əsas şərtlərindən birinə çevrilib ”, - deyə Kubanıçbek Ömüraliyev qeyd edib.