“NATO-dan çıxmaq ABŞ və Avropa arasında uçurumu dərinləşdirəcək”
Şavkat Mirziyoyev: Azərbaycan Prezidenti TDT-nin nüfuzunu möhkəmləndirmək üçün böyük səylər göstərib
Ceyhun Bayramov Türküstanda TDT XİN başçılarının görüşündə iştirak etdi - YENİLƏNDİ
Ərdoğan: Hörmüz böhranı fonunda Orta Dəhliz Türk dünyasının prioriteti olaraq qalacaq
15:08
581
Tehran, ABŞ Prezidenti Donald Trampın İranın nizamlanma təklifinin qəbuledilməz olduğu barədə bəyanatından sonra Vaşinqtondan danışıqları davam etdirmək marağı ilə bağlı yeni mesaj alıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi məlumat verib.
"ABŞ-ın İranın təklifini və ya cavabını rədd etməsi ilə bağlı xəbərlər bir neçə gün əvvələ — cənab Trampın tvitində bunun qəbuledilməz olduğunu yazdığı vaxta aiddir. Lakin bundan sonra biz Amerika tərəfindən danışıqları və qarşılıqlı təmasları davam etdirməyə hazır olduqlarına dair yenidən mesajlar aldıq", — deyə o, Yeni Delhidə keçirilən mətbuat konfransında bildirib. Əraqçi əlavə edib ki, Tehran və Vaşinqton arasında mesaj mübadiləsi prosesi davam edir, lakin "bu, yavaş tempdə baş verir".
Məryəm Quliyeva