17:01
567
Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Houssam Eldine Redanın göstərişi ilə bu gün səfirin müşaviri cənab Mazen Moussa və Prof. Dr. Tarek Aboul Fotouh Bakı Ali Neft Məktəbinin təşkil etdiyi “Beynəlxalq Mədəniyyət Festivalı 2026” adlı festivalda iştirak ediblər.
Xalqcebhesi.az xəbər verir ki, festival dünyanın müxtəlif ölkələrinin səfirliklərinin, tələbələrin və müəllim heyətinin iştirakı ilə keçirilmiş, incəsənət, irs və müxtəlif xalqların adət-ənənələrini əks etdirən təqdimatlar vasitəsilə mədəni dialoqu və xalqlar arasında yaxınlaşmanı gücləndirməyi hədəfləmişdir.
Festivalda Misir Mədəniyyət Mərkəzi Misir Ərəb Respublikasına həsr olunmuş xüsusi stendlə iştirak etmişdir. Stend iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, burada mərkəzin fəaliyyəti, Misir universitetlərində təhsil imkanları və sevimli Misirimizin turistik məkanları haqqında məlumat verilmiş, həmçinin məşhur Misir yeməyi olan “kuşəri” təqdim olunub.
Proqrama həmçinin musiqi və folklor çıxışları da daxil edilmiş, bu da festivalda müxtəliflik və mədəni qarşılıqlı əlaqə mühiti yaradıb.
Cavid


