Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Ermənilər etdikləri hər bir əmələ görə cavab verəcəklər”

“Ermənilər etdikləri hər bir əmələ görə cavab verəcəklər” Siyasət

“Ermənilər etdikləri hər bir əmələ görə cavab verəcəklər”

"Ermənilər Azərbaycan xalqına qarşı böyük cinayətlərə, soyqırım və talanlara yol verib və onlar etdikləri hər bir əmələ görə cavab verəcəklər. Buna kimsənin şübhəsi olmasın". Bunu millət vəkili Elman Məmmədov bildirib. Millət vəkilinin sözlərinə görə, Ermənistan ekoloji zəmində də Azərbaycana qarşı cinayətlər törədib və bu cinayətlər bu gün də davam edir: "Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi cinayətlərdən biri də ekoloji zəmində olan cinayətlərdir. Hansı ki, bu cinayətlər bu gün də davam edir. Ermənistanın qəzalı vəziyyətdə olan Metsamor AES-in fəaliyyətini dayandırmaması, onu istismar etməsi, bu stansiyanın tulantılarını su hövzələrinə axıtması və s. yalnız ölkəmiz üçün deyil, bütün qonşu dövlətlər üçün ciddi təhlükə vəd edir. Bundan yalnız Azərbaycan deyil, bütün region dövlətləri narahatlıq duymalıdır. Azərbaycan Ermənistanın bu addımı ilə bağlı narahatlığını dəfələrlə beynəlxalq tribunalarda ortaya qoyub. Ancaq buna baxmayaraq Ermənistana beynəlxalq güclər tərəfindən bu məsələdə hələ də yetərincə təzyiq yoxdur. Lakin bir daha qeyd edirəm ki, Ermənistan yol verdiyi hər bir cinayət kimi bu cinayətə görə də cavab verməli olacaq".
Elman Məmmədov əlavə edib ki, Azərbaycanda mühüm hadisələr ərəfəsində bəzi xarici dairələrin ölkəmizə qarşı apardıqları kampaniyaların arxasında erməni lobbisinin pulu dayanır. Onun sözlərinə görə, ölkəmizdə mövcud olan daxili sabitlik və stabillik bir sıra dairələri narahat etməkdədir: "Azərbaycanın inkişafı, ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, çox mühüm yarışların, ümumilikdə bütün sahələrlə bağlı beynəlxalq tədbirlərin məhz ölkəmizdə keçirilməsi bir sıra dairələri narahat edir. Onlar Azərbaycanı indiki kimi deyil, Suriya, Liviya, İraq kimi görmək istəyirlər. Buna cəhd etməyə çalışsalar da, ancaq bacarmırlar. Çünki, Dövlət başçısı İlham Əliyevin çox düzgün və uğurlu daxili və xarici siyasət həyata keçirir".
AŞPA-nın ölkəmizə qarşı qərəzli hesabatına toxunan E.Məmmədov bunun ilk olmadığını dilə gətirib: "AŞPA tərəfindən Azərbaycana qarşı atılan bu cür addımlar ilk deyil. Bildiyiniz kimi ölkəmiz Avropa Şurasına qəbul olduğu ilk gündən bu qurumun işi-peşəsi orada müxtəlif qruplar yaradıb, ölkəmizə qarşı şər, böhtan kampaniyası yaratmaqdır".
Deputat söyləyib ki, ölkəmizə qarşı aparılan qarayaxma kampaniyaları əslində Azərbaycanın xeyrinə işləyir: "Belə ki, ölkəmizə qarşı atılan pis əməllər Azərbaycanın dost və düşməni daha yaxından tanımasına, atılacaq zərbələri daha düzgün aydınlaşdıraraq onlarla mübarizədə daha düzgün siyasət qurmağa kömək edir. Onsuzda onlar ölkəmizə qarşı istədiklərinə nail ola bilməyəcəklər. Bəzi dairələrin məqsədi Azərbaycanda çaxnaşma, münaqişələr, vətəndaş qarşıdurmaları yaradaraq, dövlətçiliyimizi zəiflətməkdir. Ancaq Azərbaycanda mövcud olan birlik, daxili sabitlik asayişin, təhlükəsizliyin qorunması onların arzularını ürəyində qoyacaq".
2001-ci ildə Azərbaycanın Avropa Şurasına daxil olarkən söylədikləri fikirləri xatırladan E.Məmmədov söyləyib ki, Avropa Şurası və Avropa İttifaqı xristian klublarıdır: "Onlar xristian dövlətləri üçün inkişaf və müdafiə sistemləri, Türkiyə və Azərbaycan üçün isə təzyiq vasitələridirlər. Neçə illərdir ki, Türkiyəyə qarşı atılan addımları Azərbaycan üçün başlayıblar. Onlar islam ölkələri deyəndə inkişaf etməmiş, geridə qalan, onların sözləri ilə oturub duran ölkə başa düşürlər. Onlar inkişaf etmiş, Avropaya mədəniyyət, hüquq öyrədən Azərbaycan dövləti və millətini qəbul edə bilmirlər".