“Azərbaycan hərbi təzyiqlərə əl atacaq” Siyasət

“Azərbaycan hərbi təzyiqlərə əl atacaq”

Məhəmməd Əsədullazadə: "Bu təzyiqlər Ermənistanda daxili böhrana səbəb olacaq"

"Ermənistanın baş naziri Nikol Paşinyan BMT-nin 73-cü sessiyasında iştirakdan imtina etmişdi. ABŞ prezidenti ilə görüşün baş tutmaması onun bu qərarı verməsinə səbəb olan əsas amildi. Görünür, Amerika Erməni Assambleyası Nikol Paşinyana yeni təlimatlar vermək üçün ABŞ-a çağırdı". Bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Nikol Paşinyan ABŞ-a ayaq basan kimi "Heç bir qüvvənin onu devirə bilməyəcəyi"-ni qeyd etməsi, əsasən Rusiyaya mesajıdır: "İrəvan şəhər bələdiyyə seçkilərdə qələbəsi onun Rusiyaya və daxildə emissarlarına qarşı əlini güclındirdi. Çünki, Rusiya Ermənistanda Qarabağ klanına stavka edərək, bu klanın rəhbəri Robert Koçaryana dəstək verir. Robert Kiçaryanın da əsas planı situasiyaya uyğun hərkət edərək,hər hansı yaranacaq qarışıqdan istifadə edərək, Paşinyanı devirməkdi. Proseslərdən xəbərdar olan Nikol Paşinyanın okenaın o tayından mesajı Kremlə və daxili əks-inqilabçılar qarşısında güclü olduğunu və savaşı davam etdirəcəyini qeyd etdi.
İrəvan Bələdiyyə seçkilərində Nikol Paşinyanın dəstəklədiyi "Mənim Blokum" siyasi təşkilatı qalib gəldi. Qeyd edim ki, İrəvan şəhər seçkilərində qələbə əldə edəndən sonra, məhz ABŞ səfəri reallaşdı. Onun ABŞ-a getməsi sual altında idi. Özü də Yerevan şəhər seçkilərinə görə ABŞ-a getməcəyini qeyd edirdi.
Paşinyan bu seçkilərdən sonra, Robert Koçaryana qarşı siyasi təqibləri davam etdirəcək. Baxmayaraq ki, xalq inqilab gözləntilərindən məyus olaraq seçkidə fəallıq göstərmədi. Bundan sonra Paşinyan parlament seçkilərinə güclü hazırlaşaraq seçkilərdə qalib gələcəyi şübhəsizdi. Robert Koçaryan klanını və Rusiyanın siyasətini Ermənistanda getdikcə sıxışdıracaq.
Qeyd edim ki, Ermənistanda yeni hakimiyyətin Qarabağ münaqişəsi ətrafında qeyr-konusturiktiv və qızışdırcı bəyanatları, cəbhə xəttində vəziyyəti gərginləşdirməyə yol açır. O, bu kimi siyasətini davam etdirərsə Azərbaycan hərbi təzyiqlərə əl atacaq. Bu birmənalıdır və bu təzyiqlər Ermənistanda daxili böhrana səbəb olacaq".