“Axı valyutadəyişmə məntəqələrinin açılması üçün qanuna dəyişiklik etmişdik…” Siyasət

“Axı valyutadəyişmə məntəqələrinin açılması üçün qanuna dəyişiklik etmişdik…”

"Keçən iclasımızda Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsinə valyutadəyişmə məntəqələri ilə bağlı sual verdik. Üstündən 10 gün keçir, deyilsin görək, bu müddət ərzində nə dəyişiklik, nə yenilik baş verib?"
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləın iclasında çıxış edən Rüfət Quliyev deyib.
Deputat bildirib ki, bu, çox ciddi məsələdir. "Hər dəfə də həmkarlarım tərəfindən bu məsələ qaldırılır. Biz də bilmək istəyirik ki, bu məsələdə hansı yenilik var, yoxsa, biz elə boş-boşuna danışırıq…".
"Axı niyə? Biz valyutadəyişmə məntəqələrinin açılması üçün axı qanuna dəyişiklik etmişdik. Hesab edirəm ki, bununla bağlı heç bir problem yoxdur. Banklar da şənbə və bazar günləri işləmir"-deyə Rüfət Quliyev bildirib
Deputat sual edib ki, vətəndaş xarici valyutada olan pulunu bəs necə xırdalasın?
"Biz qarşımıza turizmi inkişaf etdirməyi məqsəd qoymuşuq. Şəhərdə gəzən zaman görürük ki, turistlər bir-birindən soruşur ki, burada valyutadəyişmə məntəqəsi harda var? Onlar əlində olan pulu xırdalamaq üçün əziyyət çəkirlər. Nəyə görə bir dənə də valyutadəyişmə məntəqəsi yoxdur?".