Moskva təklənir Siyasət

Moskva təklənir

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlar prosesində iştirak edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin missiyası ətrafında kifayət qədər maraqlı vəziyyət yaranıb.
Ermənistan mətbuatının yazdığına görə, Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri Rusiyadan ayrı fəaliyyət göstərməyə başlayıb: "Belə ki, onlar Qarabağ münaqişəsinin nizamlanması prosesində daha çox gözləmə mövqeyində çıxış edir. Digər həmsədrlərin bu cür mövqe sərgilədiyini görən rəsmi Moskva münaqişənin nizamlanmasında onlarla birlikdə deyil, sərbəst öz oyununu həyata keçirməyə başlayıb. Deyə bilərk ki, ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri ilk dəfədir ki, ayrıca birgə fəaliyyət göstərir. Rusiya isə çox passivləşib. Görünür, Moskva Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olması ilə bağlı danışıqlarda müsbət nəticə əldə etməyə çalışır".