BAXCP-də yeni təyinat Siyasət

BAXCP-də yeni təyinat

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azər Məhərrəm oğlu Qasımovu özünə müşavir təyin edib.
Bu barədə "Xalq Cəbhəsi" qəzetinə açıqlama verən BAXCP sədrinin təşkilati məsələlər üzrə müavini Niyaməddin Orduxanlının sözlərinə görə, Azər Qasımov ixtisasca həkimdir: "Partiya sədri Qüdrət bəy ona böyük ehtimad göstərərək sədrin müşaviri vəzifəsinə təyin edib. Partiya rəhbərliyində yeni kadrların irəli çəkilməsini zaman-zaman liderimiz Qüdrət Həsənquliyev həyata keçirdib. Azər bəyin son dövrlər fəaliyyəti partiya rəhbərliyi tərəfindən müsbət qarşılanırdı. Bu səbəbdən də onun bu vəzifəyə təyin olunması məqsədə uyğun hesab edilib."