10:15
378.jpg)
ABŞ diqqətini İrana yönəltdiyini əsas gətirərək, Səudiyyə Ərəbistanına Yəməndəki üsyançı "Ənsar Allah" (husilər) hərəkatının qarşısını almaq üçün hava dəstəyi verməkdən imtina edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti diplomata istinadən yayıb.
Nəşrin məlumatına görə, keçən həftə husilər Yəməndə Qırmızı dəniz sahili boyunca irəliləyərkən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Səlman Əl Səud ABŞ prezidenti Donald Trampa zəng edərək dəstək xahiş edib. Lakin diplomatın sözlərinə görə, Ər-Riyad rədd cavabı alıb. Vaşinqton hazırda İranla münaqişəyə fokuslandığı üçün bu məsələyə müdaxilə etməyə hazır olmadığını bildirib.
Məryəm Quliyeva